Bakıda “Miss Civilization of The World” qalibi “Miss Monteneqro” – FOTOSESSİYA

24 Sentyabr 2012 09:21 (UTC+04:00)
Ötən gün "Miss Civilization of The World" müsabiqəsinin qalibi məlum olub. AzNews.az-ın məlumatına görə, Heydər Əliyev sarayında təşkil olunan müsabiqənin final gecəsində Azərbaycan daxil 24 ölkənin qatıldığı gözəllər arasında münsiflər heyətinin qərarı ilə "Miss Monteneqro" Covana Lekic 25 000 manatlıq taca yiyələnib.

Rəqiblərini geridə qoyan C.Lekic birinci, ikinci yeri Türkiyə gözəli Hande Erçel, üçüncü yeri Serbiya gözəli Dragana Dujoviç qazanıblar. Azərbaycan gözəli Aytac Ağacanova və Macarıstan gözəli Marta Zemplenyi "Miss Peace" ("Barışıq gözəli") nominasiyana layiq görülüblər.

Ümumiyyətlə, iştirakçılar arasında sponsor nominasiyalarında Ukrayna gözəli Yuliya Sapojnikova, Estoniya gözəli Elizabet Kandru, Qırğızıstan gözəli Aycan Seysembaeva və Avstraliyadan Cesika Tayn Rodgers qazanıblar. Təsəlli olaraq digər iştirakçılara hədiyyələr verilib.

Qeyd edək ki, müsabiqənin münsiflər heyətində "CFC Organization"un rəhbərləri Kemal Cenk İçten, Fərid Bağırov, "Akkaya Production"un rəhbəri Ahmet Akkaya, "Karolina Valiant"ın direktoru Elman Həsənov, "Mia Jewellery"nin nümayəndəsi Anar Qasımov, "TMB" televiziyasının baş direktoru Hakan Solaqer, türk aktyoru Osman Albayrak və başqa tanınmış simalar təmsil olunublar.

Fuad Mədətov
Foto:Mahir Hüseynbəyli
AzNews.az