İran generalı: “İsrailin irana hücumu 3-cü dünya müharibəsinə səbəb olacaq”

24 Sentyabr 2012 09:56 (UTC+04:00)
İsrailin İrana hücumu 3-cü dünya müharibəsinə gətirib çıxara bilər. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, bu fikri İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Əmir Əli Hacızadə ərəb kanalı "Əl-Əlyam"-a müsahibəsində səsləndirib. O bildirib ki, İran birinci olaraq müharibəyə başlamaq niyyətində deyil.

"Bu ancaq o, vaxt ola bilər ki, İran İsrailin hücum edəcəyinə əmin olsun". O, həmçinin əlavə edib ki, İsrailin İrana qəti hücum edəcəyi barədə onlarda hələ ki, məlumat yoxdur. İranlı general İsraili təhdid etməkdən də çəkinməyib və bildirib ki, İsrail hücum edərsə nəticələri təsəvvür edilməyəcək dərəcədə ağır ola bilər. bu, hətta 3-cü dünya müharibəsinin başlanğıcı olar.

O, ABŞ-ın ordusunun regionda çoxdan olduğunu da dilə gətirib və bildirib ki, İrana hücum olarsa Bəhreyn, Qətər və Əfqanıstanda olan ABŞ bazaları müharibəyə qoşulacaq. Bu isə miqyasın böyük olacağı deməkdir.

Sadiq Musa
AzNews.az