Quranın nadir əlyazması tapıldı – VİDEO

19 Noyabr 2014 08:32 (UTC+04:00)


AzNews.az xəbər verir ki, iddiaya görə tapılan əlyazma Məhəmməd peyğəmbərin ölümündən 20 və yaxud 40 il sonra qələmə alınıb.

Qurani-Kərimin ən köhnə əlyazması isə ərəb xətti olan "kufi" ilə yazılıb və 4 surədən ibarətdir.

Fransa və alman alimlərinin apardığı Koranica layihəsi çərçivəsində araşdırılan əlyazma İslamın ən erkən dövrləri haqda məlumat verir.

Karbon metodu ilə yoxlanılan əlyazmanın 649-675-ci illərdə yazıldığı deyilir.

Əlyazmada İsra, Yasin, Saffat və Hədid surələrinin olduğu bildirilir.





AzNews.az