Cennifer Lopez tamaşaçılarla Azərbaycan dilində danışdı – FOTOSESSİYA

24 Sentyabr 2012 10:12 (UTC+04:00)


Dünən dünya şöhrətli müğənni Cennifer Lopez "Baku Crystal Hall"un möhtəşəm səhnəsində konsert proqramı ilə çıxış edib. AzNews.Az-ın məlumatına görə, konsertə qonaq qismində qatılan və ilk olaraq səhnəyə çıxan məşhur müğənni və bəstəkar Emin Ağalarov reperturaında yer alan mahnıları səsləndirib.

Emin çıxışı zamanı SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin repertuarından "Dəniz" mahnısını da royal qarşısında canlı ifa edib. Eyni zamanda böyük monitorda Müslüm Maqomayevin bir zamanlar səsləndirdiyi adıçəkilən mahnını səsləndirdiyi video-çarx nümayiş olunub.

"Hər zaman Müslüm Maqomayevin adını uca tutulub. Onun ifasını nümunədir və sənətindən zövq alıram", - müğənni deyib.

Daha sonra səhnəyə çıxan dünya şöhrətli müğənni Cennifer Lopez Bakıdakı pərəstişkarları üçün misilsiz şou nümayiş etdirib. Tamaşaçılara Azərbaycan dilində "Mənimlə oynayın" deyə səslənən C.Lopez, ilk olaraq "Love don`t cost a thing" mahnısını ifa edib.

Bundan başqa, C.Lopez "Stay on the floor", "I am into you", "Jenny from the block", "Dance again" mahnıları ilə çıxışına davam edib. Anşlaqla keçən konsertdə C.Lopezin ifa etdiyi mahnılar tamaşaçılar səs-küylü alqışlarla qarşılayıb və müğənni konsert zamanı tamaşaçılarla söhbət etməsi izləyənlərin böyük marağına səbəb olub.

Qeyd edək ki, C.Lopez iki "Qremmi", iki "Latın Qremmi" mükafatı və üç "American Music Awards" daxil olmaqla, çoxsaylı uğurlara imza atıb.

Konsertin təşkilat komitəsi Azərbaycan KİV nümayədələrinin konserti işıqlandırması üçün lazımı şərait yaradıb.

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.Az