Əlövsət Ağalarov: “Adıma nəinki, restoran, heç bir spiçka çöpü də yoxdur”

24 Sentyabr 2012 11:10 (UTC+04:00)
Ötən gün saytımızda Atatürk parkında keçmiş millət vəkili, "Azərnəşr"in redaktoru
Əlövsət Ağalarova məxsus restoranın yanması barədə gedən xəbərə adı çəkilən şəxs münasibət bildirib.

Saytımızla əlaqə saxlayan Əlövsət Ağalarov məlumatın doğru olmadığını söyləyib: "Mən o məlumatı kimin yayması barədə araşdırma aparıram. Niyə mənim haqqımda belə deyiblər, bilmirəm. Mənim heç nəyim yoxdur. Adıma heç bir spiçka çöpü də yoxdur. Mən qələm adamıyam. Ailəmi də yalnız qələmlə dolandırıram. Nə adıma obyekt, nə də restoran var".

Səadət Abbaslı
AzNews.az