Azərbaycan elminə ağır itki üz verdi

20 Noyabr 2014 09:30 (UTC+04:00)


AzNews.az Milli.Az-a istinadən xəbər verir ki, biologiya elmləri doktoru, professor, Azərbaycan SSR-nin əməkdar elm xadimi, torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı qadın alim olan Həbibə Süleyman qızı Qasımova 92 yaşında vəfat edib.

H. Qasımova 150-dən artıq elmi əsərin, 5 tədris kitabının, 2 ixtiranın müəllifi idi. O, İllinoys ştatı (ABŞ) Elmlər Akademiyasının həqiqi üzvü olub.