Abramoviçin Türkiyə sevgisinin səbəbi üzə çıxdı - FOTOLAR
20 Noyabr 2014 09:40 (UTC+04:00)
AzNews.az xəbər verir ki, o, 78 milyon lirəyə (35 milyon dollara) satışa çıxarılan Karaca adasını almaq istəyənlərin sırasına daxil olub.
İngiltərənin futbol klublarından "Çelsi"nin sahibi, rus iş adamı Roman Abramoviç Muğlaya heyran qalıb. 13.4 milyard dollar sərvətiylə dünyanın ən zəngin 53-cü adamı hesab edilən iş adamı "Eclipse" adlı lüks yaxta ilə dəfələrlə Marmarisa gedib.
Rus milyarderinin Marmaris marağının sirri isə ortaya çıxıb. Abramoviç Muğlanın Gökova körfəzində 35 milyon dollara (78 milyon 137 min 500 lirə) satılan Karaca adasını almaq istəyənlərin sırasına qatılıb.
ABŞ-da yaşayan izmirli bir türkə aid olduğu deyilən Karaca adası 4 il əvvəl 25 milyon dollara satışa çıxarılıb, ancaq alıcı tapılmayıb. Ada keçən ay 35 milyon dollara yenidən satışa qoyulub.
Ümumi sahəsi 381 min kvadrat metr olan Karaca adası məşhur Sidr adasından 4 kilometr aralıda yerləşir.
Abramoviç adanı aldıqdan sonra buraya investisiya qoymağı planlaşdırıb.

