Bakıda “Türkiyə həftəsi“ keçirilir

24 Sentyabr 2012 11:35 (UTC+04:00)
Sentyabrın 23-dən 28-dək Azərbaycanda keçiriləcək "Türkiyə həftəsi" zamanı Türkiyə və Azərbaycanın "beyin mərkəzləri"nin nümayəndələri, deputatlar, universitet müəllimləri və media işçilərindən ibarət nümayəndə heyəti Gəncə, Lənkəran və Ağdamda səfərdə olacaq.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görüşlər zamanı "Tarixdən günümüzə: Türkiyə-Azərbaycan münasibətləri" və "Azərbaycan-Türkiyə münasibətləri regional kontekstə" mövzuları ətrafında müzakirələr nəzərdə tutulur.

Bu görüşlərin və müzakirələrin keçirilməsinin əsas məqsədi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına dəstək vermək, qarşılıqlı olaraq Azərbaycan və türk ictimaiyyətini məlumatlandırmaqdır.

İlkin
AzNews.az