Nəcis yanacağı ilə işləyən avtobus marşruta çıxdı
21 Noyabr 2014 14:34 (UTC+04:00)
AzNews.az xəbər verir ki, "Fekalobus" adlı avtobus Bristol şəhərilə Bath şəhəri arasında sərnişin daşımaları həyata keçirəcək.
Ekoloji cəhətdən təmiz sayılan biometan qazı insan nəcizi və yemək tullantılarının emalı nəticəsində hasil olunur.
40 sərnişin yeri olan "Fekalobus" 1 balon biometan qazı ilə 300 km məsafəlik yolu qət edə bilir.
Bu həcmdə qazın alınması üçün 5 adamdan 1 il ərzində toplanan nəcis kütləsi bəs edir.
Qeyd edək ki, biometan qazı Avonmouth ərazisində yerləşən "Wessex Water" şirkətinin törəmə qurumuna məxsus sutəmizləyici qurğularda istehsal olunur.
Nəcis və tullantılardan qazın hasil edilməsi üçün anaerob bakteriyalar vasitəsilə "biokütlə metan fermentasiyası" prosesindən keçirilir.
Həmin proses zamanı nəcis və yemək tullantılarından əmələ gələn metan emal olunur və təmizlənir. Avonmouth mərkəzində hər il təxminən 75 milyon kubmetr nəcis və 35 min ton ərzaq tullantısı emal olunur.
AzNews.az