Afinada ABŞ səfirliyinə hücum edildi – FOTO VİDEO

24 Sentyabr 2012 13:11 (UTC+04:00)


İslamı aşağılayan filmə görə, anti-Amerika aksiyaları səngimir. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, 700-dən artıq aksiyaçı şəhərin mərkəzi meydanı olan Omoniyaya toplaşıb. Daha sonra kütlə ABŞ səfirliyinə doğru yürüş edərək, polis kordonunu yarmağa çalışıblar.

Verilən məlumata görə, polislə aksiyaçılar arasında qarşıdurma yaşanıb. Aksiyaçılar səfirlik binasını butulka və daş atəşinə tutublar. Polis aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb. Bununla belə, aksiya zamanı yaralananların olmadığı deyilsə də, mağazaların vitrinləri və şüşələri aksiyaçılar tərəfindən sındırılıb. 40 aksiyaçının saxlanıldığı xəbər verilir.

Qeyd edək ki, Yunanıstan əhalisinin mütləq əksəriyyətini provoslav xristianlar təşkil etsə də, son zamanlar Yaxın Şərq və Şimali Afrikadan olan müsəlmanların bu ölkədəki sayı nəzərə çarpacaq dərəcə də artıb.




Sadiq Musa
AzNews.az