Monika eks-prezidentlə sevgi sərgüzəştlərindən yazacaq

24 Sentyabr 2012 13:17 (UTC+04:00)
Adı ABŞ-ın keçmiş prezidenti Bill Klintonla sevgı münasibətlərində hallandırılan Monika Levinski məhəbbət sərgüzəştləri ilə bağlı xatirələrini dərc etdirəcək. Bunun üçün ona hətta 12 milyon dollar avans da təklif edilib.

"Nyu-York Post" qəzetinin yazdığına görə, M.Levinski bu vasitə ilə ona qarşı mətbuatda yönələn təhqirlərə cavab vermək niyyətindədir. Xatirələrə hətta B.Klintonun həyat yoldaşı Hillari ilə çətin həyatından bəhs etdiyi məktubun da daxil edilməsi gözlənilir.

Qeyd edək ki, M.Levinskinin B.Klintonla intim münasibətləri 1998-ci ildə aşkara çıxmışdı. İctimai təzyiqə tab gətirməyən Klinton M.Levinski ilə
əlaqəsinin olduğunu etiraf etmışdı.

E.Əlosmanqızı
AzNews.az