Prezident Saakaşvilinin botoks marağı

24 Sentyabr 2012 13:38 (UTC+04:00)


Gürcüstan prezidenti Mixail Saakaşvili dəfələrlə ABŞ, Almaniya, Türkiyə, İtalya klinikalarında büdcə vəsaiti hesabına kosmetoloji və dermotoloji baxımdan keçib. Bu barədə məlumat "Maestro" telekanalında GNS studiyasının hazırladığı verilişdə səsləndirilib.

Studiya 2009-2010-cu illərdə bu prosedurlara xərclənən pulların qəbzini də əldə edib. Məsələn, Münxen klinikasında 2009-cu ildə bu məqsədlə 9 min avro, Nyu-York kinikasında isə 2010-cu ilin noyabrında 7850 dollar ödənilib.

Məsələ burasındadır ki, Saakaşvilinin baxımı üçün xərclənən vasəit dövlət büdcəsi hesabına ödənilib. Rəsmi dairələr məsələyə hələlik münasibət bildirməyib.

E.Əlosmanqızı
AzNews.az