“Qumar”a görə sahibkarlara cinayət işi açılacaq

24 Noyabr 2014 15:28 (UTC+04:00)


Nazirliyin analitik informasiya şöbəsindən AzNews.az-a verilən məlumata görə, P.Səmədov və S.Süleymanovun vergi orqanında qeydiyyata alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb, bundan başqa hər üç şəxs tərəfindən obyektlərdə kompyuter vasitəsilə kazino tipli uduşlu və qumar oyunlarının ("çərxi-fələk" - "russkaya ruletka", loto və s.) keçirildiyi də müəyyən olunub.



Bunlardan əlavə, hər üç şəxs tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu və müxtəlif şəxsləri Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub.



Toplanmış materiallar qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanaraq, cinayət işinin başlanması məqsədilə ilə aidiyyəti üzrə göndəriləcək.

Gültəkin
AzNews.az