Kliçko boksdan getdi

24 Sentyabr 2012 15:46 (UTC+04:00)
WBC versiyası üzrə dünya çempionu ukraynalı boksçu Vitaliy Kliçko idman karyerasını başa vurduğunu elan edib.

168.az-ın məlumatına görə, ağır çəkili boksçu bu barədə Donetskdə keçirdiyi mətbuat konfrasında bildirib. "Mən daha boks oynamaq istəmirəm" deyən Kliçko əlcəklərini mismardan asacağını vurğulayıb.

Xatırladaq ki, boksçu sonuncu döyüşünü bu ay Moskvada almaniyalı Manuel Çara qarşı keçirib və qalib gələrək dünya çempionu adını qorumuşdu.

AzNews.az