Ermənistanda tankdan erməni hərbçilərə atəş açıldı- Ölən və yaralanan var
25 Noyabr 2014 17:39 (UTC+04:00)
Trend-in əldə etdiyi məlumatlara görə, bu gün Ermənistan silahlı qüvvələrinin Tavuş rayonunda yerləşən hərbi hissələrindən birində T-72 tankından açılan atəş ermənilər üçün faciə ilə nəticələnib.
Qəfil atəş nəticəsində bir erməni hərbçi ölüb, digəri isə yaralanaraq yerli tibbi müəssisələrin birinə yerləşdirilib.
Hadisənin səbəblərinin araşdırıldığı bildirilir.