Ərdoğan prezidentliyə namizəd olacaq

25 Sentyabr 2012 07:38 (UTC+04:00)


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan növbəti prezident seçkisində öz namizədliyini irəli sürəcək. Bu barədə məlumatı baş naziri 39 ildir şəxsən tanıdığını deyən İstanbul bələdiyyəsinin sədri Qədir Topbaş verib.

Anspress-in məlumatına görə, Topbaş Türkiyənin "Bugün" qəzetinə verdiyi müsahibədə baş nazirin gələcək seçkilərdə prezidentliyə namizəd olacağını, bunun düzgün və labüd bir addım olacağını deyib.

"R. T. Ərdoğan prezidentliyə namizəd olacaq. Mən hesab edirəm ki, namizəd olması düzgün və vacib bir addımdır".

AzNews.az