Emin Ağalarovdan əkizləri üçün möhtəşəm villa - FOTOLAR
26 Noyabr 2014 15:27 (UTC+04:00)
AzNews.az "qafqazinfo"ya istinadla xəbər verir ki, hər istrahət günləri Moskvadan Bakıya oğlanları Əli və Mikayılı görmək üçün gələn müğənni uşaqları ilə daha rahat vaxt keçirmək üçün həmin sarayı tikdirdiyini deyir:
"Bizim ev, bir deyil, iki binadır və onlar güzgü kimi bir-birilərini təkrarlayır. Biz atamla bu layihəni Leylanın hamilə olduğunu biləndə düşündük. Zamanla bu evlərin biri Əliyə, digəri Mikayıla qalacaq".
Ağalarov hər həftə oğlanlarıyla vaxt keçirmək üçün saraya gəldiyini deyir: "Əvvəl onlar həyat yoldaşımla Londonda yaşayırdılar, lakin bu il məktəbə getdilər və doğma şəhərim Bakıda məskunlaşdılar".