Hitlerin vəsiyyətinə Rusiyada qadağa qoyuldu

26 Noyabr 2014 16:04 (UTC+04:00)


Ufanın Kirovski rayon məhkəməsi Adolf Hitlerin siyasi vəsiyyətini ekstremist material kimi tanıyıb.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı Başqırdıstan prokurorluğunun mətbuat xidməti yayıb: "Məhkəmənin qərarı qüvvəyə mindikdən sonra sənəd ekstremist materialların federal siyahısına daxil olunacaq və yayılması qadağan ediləcək".

Qeyd edək ki, iddia ərizəsi ilə məhkəməyə rayon prokurorluğu müraciət edib. Sözü gedən sənədi internetdə heç bir maneəsiz, asanlıqla oxumaq olar.

Aydan Axundova
AzNews.az