BMT-nin Suriya missiyasının yeni rəhbəri Çinə və Rusiyaya gedir

25 Sentyabr 2012 08:26 (UTC+04:00)
BMT-nin Suriya missiyasının yeni rəhbəri Laxdar Brahimi Rusiya və Çinə səfər edəcək. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, səfərdə əsas məqsəd Suriya məsələsini hər iki ölkə rəhbərlikləri ilə müzakirə etməkdir.

Bununla belə səfərin nə vaxt həyata keçiriləcəyi ilə bağlı dəqiq məlumat verilmir.
Qeyd edək ki, bundan əvvəl Braximi Suriyada vəziyyətin kəskin ağır olduğunu demiş, Rusiya və Çin ucbatından məsələnin həllinin uzandığını vurğulamışdı.

Sadiq Musa
AzNews.az