Avropa Birliyinin səfiri: “Ramil Səfərov məsələsi artıq keçmişdə qalıb”

25 Sentyabr 2012 09:15 (UTC+04:00)
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Avropa Parlamentinin azərbaycanlı zabit Ramil Səfərovla bağlı qəbul etdiyi qətnaməni şərh edib.

APA-nın məlumatına görə, jirnalistlərə açıqlama verən səfir bildirib ki, Avropa Parlamenti tam müstəqil qurum kimi bu və ya digər məsələ ilə bağlı fikrini ifadə etməkdə sərbəstdir: "Biz Avropa Parlamentinin mövqeyini hərdən bölüşür, hərdən isə bölüşmürük. Ramil Səfərov məsələsi artıq keçmişdə qalıb, biz gələcəyə baxmalıyıq".

AzNews.az