“Həyatla oyun” rayonlarda nümayiş olunacaq

25 Sentyabr 2012 10:25 (UTC+04:00)
Gənclər və İdman Nazirliyinin, eləcə də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə köməyi ilə "Həyatla oyun" adlı teatr tamaşası hazırlanıb.

Bu layihə Prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.6.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə həyata keçirilib. Tamaşanın premyerası 21 iyun 2012-ci il tarixdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilib.

Qeyd edək ki, "Həyatla oyun" oktyabrın 25-27-də Şabran, Quba, Qusar, Xaçmaz, Xızı rayonlarının teatrsevərlərinə təqdim olunacaq.

Bahar
AzNews.az