Tatlısesi vurduran şəxsə- 36 il cəza

28 Noyabr 2014 22:02 (UTC+04:00)



"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinayət işinə baxan Apelyasiya Məhkəməsi İstanbul 17. Ağır Cəza Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

İstanbul 17.Ağır Cəza Məhkəməsinin hökmünə görə sui-qəsdin təşkilatçısı Abdullah Uçmak da daxil olmaqla, cinayətin törədilməsində iştirak edən 12 nəfər 3 ildən 36 ilədək azadlıqdan məhrum ediliblər. A.Uçmak 36 il 6 ay, atəş açan Ersin Altun isə 30 il 1 ay müddətinə həbs olunub.

Qeyd edək ki, 14 mart 2011-ci ildə İbrahim Tatlısəs və köməkçisi Buket Çakıcı ilə "İbo Show" proqramının çəkilişindən çıxarkən 5 nəfərin silahlı hücumuna məruz qalıb və başından güllə yarası almışdı. Hadisə zamanı müğəninin köməkçisi də yaralanmışdı.