Bakı Olimpiya stadionundan - MÖHTƏŞƏM GÖRÜNTÜ (VİDEO

30 Noyabr 2014 11:41 (UTC+04:00)


Bakıda tikintisi yekunlaşmaq üzrə olan Olimpiya Stadionunda müasir işıqlandırma sistemi quraşdırılıb. Lent.az-ın məlumatına görə, bu işııqlandırma sistemi vasitəsi ilə stadionun fasadında istənilən görüntünü nümayiş etdirmək, eləcə də müxtəlif kompozisiyaları təqdim etmək mümkündür.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunun layihələndirilməsinə 2008-ci ildən başlanılıb. 2011-ci ilin iyununda isə stadionun təməli qoyulub. 65 min tamaşaçı tutumlu stadionun tikintisi gələn ilin əvvəlində başa çatacaq. İlk dəfə keçiriləcək Avropa oyunlarının açılış və bağlanış mərasimləri də məhz bu arenada olacaq.

Olimpiya stadionunun möhtəşəm işıqlandırma sistemini əyani şəkildə əks etdirən video-nu təqdim edirik.