Qatar 59 yaşlı kişinin üstündən keçdi

1 Dekabr 2014 08:37 (UTC+04:00)


APA-nın yerli bürosunun xəbərinə görə, hadisə noyabrın 30-da saat 23:30 radələrində rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1965-ci il təvəllüdlü Əflan Comərdov yaşadığı evin yaxınlığındakı dəmiryolu xəttini keçərkən qatar onu vurub.


Bədəni iki yerə bölünən Əflan Comərdov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.