Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək

1 Dekabr 2014 09:13 (UTC+04:00)


Müdafiə Nazirliyindən AzNews.az verilən məlumata görə, dekabrın 2-dən 5-dək Bakı şəhərində Vəzifədə irəliləmə və attestasiya komissiyasının tətbiqi mövzusunda seminar, dekabrın 2-dən 11-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) Dil standartları və qiymətləndirmə mövzusunda seminar keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.


AzNews.az