“Ukrayna münaqişəsi 14 ildən sonra həll ediləcək” – Şok açıqlama

1 Dekabr 2014 09:39 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sensasiyalı bəyanatla Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer CDF telekanalına müsahibə verərkən deyib.

Onun sözlərinə görə, bu münaqişə ilə bağlı Rusiya ilə Qərbin razılaşması yaxın günlərin perspektivində görsənmir:

"Düzdür, mən həmişə demişəm ki, tərəflər istəsə, bu problemi lap 14 günə həll edə bilərlər, ancaq rəsmi Moskvanın fikir ayrılığı bunun tezliklə həll edilməsindən xəbər vermir".

Almaniyanın xarici işlər naziri müsahibəsində əlavə edib ki, Ukraynanın NATO-ya daxil edilməsi hələlik gündəlikdə deyil: "Buna nail olmaq üçün Ukraynanın bu yolda hər hansı bir addım atdığını görmürəm".

Frank-Valter Ştaynmayer sonda deyib ki, Qərb təhlükəli bir konfliktin mərkəzində yerləşir.



AzNews.az