41 yaşlı kişi özünü öldürdü

1 Dekabr 2014 09:54 (UTC+04:00)


Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1973-cü il təvəllüdlü Akif Məmmədova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.