Krımda Azad İqtisadi Zona yaradıldı

1 Dekabr 2014 10:35 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda qərar Rusiya prezidenti Vladimir Putin tərəfindən verilib.

Azad İqtisadi Zonanın 25 illiyə yaradıldığı deyilir. Gələcəkdə onun artırılması haqda da əlavə qərar verilə bilər.

Qeyd edək ki, Krım və Sevastopolun Rusiya Federasiyasına birləşdirilməsi bu ilin mart ayında reallaşıb.

Rusiya prezidenti Vladimir Putin bununla bağlı bəyan edib ki, Krımda keçirilən referendumda iştirak edən seçicilərin böyük əksəriyyəti Krımın Rusiyaya birləşdirilməsinə səs verib. "Bu rəqəmləri anlamaq üçün Krımın tarixini, Krımın Rusiya və Rusiyanın Krım üçün hansı məna verdiyini bilmək lazımdır. İnsanların şüurunda Krım həmişə Rusiyanın ayrılmaz hissəsi olub. 1917-ci ildən sonra bolşeviklər Rusiyanın cənubundakı ərazilərin xeyli hissəsini Ukrayna SSR-nin tərkibinə daxil ediblər. Bu, yerli sakinlərin milli tərkibi nəzərə alınmadan edilib. Müvafiq qərarı SSRİ-nin o vaxtkı rəhbəri Nikita Xruşşov verib. Bizim üçün vacib odur ki, bu, o vaxtkı qanunların pozulması idi".


AzNews.az