“Messinin başını yaran azarkeş hələ tapılmayıb” – VİDEO

1 Dekabr 2014 12:17 (UTC+04:00)


AzNews.az xəbər verir ki, "Valensiya" klubunun rəhbərliyi bu insidentlə bağlı bəyanat yayaraq Messidən üzr istəyib:
"Messinin başına yad cisim atan azarkeş aşkar edildikdən sonra ömürlük "Mestalya" stadionuna buraxılmaycaq".

"Valensiya" – "Barselona" matçının hakimi Messinin başının yaralanması anını görməyib və hələ üstəlik Messiyə iradına görə sarı vərəqə də verib.

Qeyd edək ki, "Valensiya" – "Barselona" oyunu 1-0 hesabı ilə kataloniyalıların xeyrinə qurtarıb. Yeganə qolu oyunun sonuncu saniyələrində Serxio Buskets vurub. Elə bu qolun sevinci zamanı da Messinin başına naməlum azarkeş yad cisim atıb.