Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti açıqlandı

1 Dekabr 2014 12:25 (UTC+04:00)


Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Report.az-a bildirilib ki, Fonda ümumilikdə 59 196 080 AZN, 211 791 ABŞ dolları və 593 avro vəsait yığılıb.

Qeyd olunan vəsait Fond yarandığı vaxtdan 1 dekabr 2014-cü il tarixinədək olan dövrü əhatə edir.

Bir ay ərzində təxminən 978 091 ABŞ dolları vəsait yığılıb.