Rusiya ilə Azərbaycan Xəzərdə birgə hərbi təlimlər keçiricək

1 Dekabr 2014 13:09 (UTC+04:00)


APA-nın verdiyi məlumata görə, üçtərəfli təlimlərdə Rusiya, Azərbaycan və Qazaxıstan hərbi-dəniz qüvvələri iştirak edəcək.

Ayrıca olaraq Rusiya və Azərbaycan hərbi-dəniz qüvvələrinin ikitərəfli təlimləri də keçiriləcək.

Rusiya Cənib-Şərq Dairəsindən bildiriblər ki, Rusiya tərəfindən təlimlərdə "Buyan" və "Buyan-M" kiçik raket gəmiləri iştirak edəcəklər. Bu gəmilərin əsas vəzifəsi ölkənin iqtisadi zonasının mühafizəsidir.

Qeyd edək ki, "Buyan" və "Buyan-M" gəmiləri ilk dəfə beynəlxalq təlimlərdə iştirak edəcək.