Hakerə 440 il həbs cəzası verildi

1 Dekabr 2014 13:46 (UTC+04:00)


AzNews.az xəbər verir ki, 28 yaşlı Fidel Salinas adlı haker "HİDALGO COUNTRY" adlı bir internet saytının şifrəsini qırıb və buradan digər saytlara virus dolu spam mesajları atıb.

Nəticədə saytların əməliyyat sistemləri alt-üst olub.


Saytların baş redaktorları hakerə 100 min dollarlıq təzminat davası açsalar da onların ürəkləri soyumayıb və hakerə 440 il həbs cəzası istənilib.

Qeyd edək ki, məhkəmə bu qərarı qəbul edib.


Nərmin Məmmədli
AzNews.az