İŞİD son hücumu Türkiyə ərazisindən reallaşdırıb – İDDİA

1 Dekabr 2014 13:58 (UTC+04:00)


AzNews.az xəbər verir ki, İŞİD-in Mürşitpınar Sərhəd Məntəqəsinin yaxınlığında təşkil etdiyi bombalı hücumda 30-dan çox YPG yaraqlısının öldüyü açıqlanıb.

Hücumla bağlı HDP-li millət vəkillərinin Türkiyə Böyük Millət Məclisinə suallarla dolu təklif göndərdiyi deyilir.

Kobanidəki qarşıdurmalar 77-ci gününə girərkən, Rakka və Telabyadda ağır silahlarla möhkəmlənən İŞİD-in dünən keçirdiyi əməliyyat zamanı 22 nəfərin də yaralandığı üzə çıxıb.

Kiçik Kendirci kəndində qarşıdurmaları izləyən şahidlər deyib ki, İŞİD son hücumu Türkiyə ərazisindən həyata keçirib.

Hücumda 2 İŞİD yaraqlısının da öldüyü xəbəri yayılıb.


AzNews.az