Türkiyədə F-16C qırıcısı qəzaya düşdü
1 Dekabr 2014 14:31 (UTC+04:00)
AzNews.az xəbər verir ki, qəza zamanı pilotun sağ qaldığı deyilir.
Türkiyə silahlı qüvvələrinin Baş qərargahı qəza hadisəsini təsdiq edib.
"Bir ədəd F-16C qırıcı təyyarəsi yerli vaxtla saat 12.05-də Merzifonun 36 km cənub-qərbində yerləşən Konaklı istiqamətində hələ bilinməyən səbəbə görə qəzaya düşüb. Hadisədə təyyarənin pilotu paraşütlə yerə tullanıb və sağ olaraq xilas olunub. Hadisə ilə bağlı araşdırma aparılır", - deyə Baş qərargahın saytında yazılıb.
AzNews.az