Türkiyə bu olaydan danışır – 7-ci mərtəbədən yıxılan uşaq necə sağ qaldı...

1 Dekabr 2014 14:58 (UTC+04:00)


AzNews.az xəbər verir ki, hadisə Türkiyənin Eskişehir şəhərində baş verib.

Yeddinci mərtəbədə, açıq pəncərə önündə oyun oynayan 4 yaşlı Ekrin Esen oradan yıxılıb.

İlk növbədə uşağın ayaqqabıları yerə düşüb. Bunu görən süpürgəçi Şükrü Deniz ayaqqabıları atana şikayət etmək üçün başını yuxarı qaldırıb. Elə bu zaman düşmək üzrə olan uşağı görən Deniz adlı süpürgəsini kənara atıb uşağı tutmağa hazırlaşıb.
Uşağı havada tutan Deniz xəsarət almasa da, uzun müddət hadisənin şokundan çıxa bilməyib.


4 yaşlı Ekrin Esen isə xəstəxanaya yerləşdirilib.

Vəziyyəti yaxşılaşan uşaq artıq evə buraxılıb. Deniz isə etdiyi qəhrəmanlığa görə çox saylı təşəkkür zəngləri qəbul edib.

Aydan Axundova
AzNews.az