Hava kəskin dəyişir, qar yağacaq

1 Dekabr 2014 15:15 (UTC+04:00)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, dekabrın 02-03-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit, soyuq keçəcəyi, şimal küləyinin güclənəcəyi, yağıntılı olacağı gözlənilir.

Dekabrın 03-də respublikanın bəzi rayonlarında sulu qara keçəcəyi gözlənilir.

Dekabrın 02-03-də dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Yağıntıların bəzi ərazilərdə intensivləşəcəyi ehtimal olunur.


AzNews.az