Vasif Talıbov şairə ev muzeyi açdı – FOTOLAR

1 Dekabr 2014 16:16 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı şairin qızı, "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay Facebook sosial şəbəkəsindəki şəxsi hesabında paylaşıb.

"Bu gün Naxçıvanda, şairin doğulduğu kənddə ev muzeyinin açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova ailəmizin adından təşəkkür edirik!"

Şairin ev muzeyinin açılışında Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov da iştirak edib.

Qeyd ki, bu gün mərhum şairin anım günüdür. 1933-cü il oktyabrın 14-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nursu kəndində anadan olan şair, tərcüməçi, publisist, Azərbaycan Əməkdar mədəniyyət işçisi, Azərbaycan Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycanın Xalq şairi Məmməd Araz 2004-cü ilin bu günü Bakıda vəfat edib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatı olan şairin adına 1993-cü ildən "Məmməd Araz" mükafatı təsis olunub.








AzNews.az