İlham Əliyevdən təbrik məktubu

1 Dekabr 2014 18:11 (UTC+04:00)
Təbrikdə deyilir: "Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".