İki yük maşını toqquşdu - Bakı-Sumqayıt yolu bağlandı

2 Dekabr 2014 07:55 (UTC+04:00)


Lent.az-ın məlumatına görə, Qubadan Bakıya yük gətirən 34 yaşlı Zaur Əliağa oğlu Mahmudov havanın qaranlıq və yağışlı olması səbəbindən Masazır körpüsünün üstündə dayanan " Schacman" markalı yük avtomobilini görməyib. Nəticədə Zaur Mahmudovun idarə etdiyi "Renault" markalı yük maşını "Schacman"a çırpılıb.

Sürücü Zaur Mahmudovun sözlərinə görə, o asta sürətlə hərəkət etsə də, körpüdə nasaz vəziyyətdə dayanan "Schacman"ın arxasında xəbərdaredici bir nişan olmayıb. O, bu səbəbdən yük maşınını görməyib. Deformasiyaya uğrayan yük avtomobilindən sürücü özü çıxıb. Hadisə yerinə gələn yol polis əməkdaşları qəzanın baş vermə səbəblərini araşdırır.