Bakının əsas prospektlərindən biri açıldı

2 Dekabr 2014 09:21 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, prospektin Əliyar Əliyev və Əhməd Rəcəbli küçələri ilə kəsişmələrində yerləşən köməkçi yollar istinsna olmaqla yolun əsas hissəsində işlər başa çatıb.Həmçinin Əliyar Əliyev küçəsində yerləşən yol ötürücüsündə temperatur tikişləri qoyulur. Yaxın 15 gün ərzində hava şəraiti normal keçərsə, prospekt istismara veriləcək.

Qeyd edək ki, Ziya Bünyadov prospektində təmir işləri Böyükşor yol qovşağından Xutor dairəsinədək 9,2 km uzunluğunda aparılıb. Hərəkət zolaqlarının sayı keçdiyi ərazilərdən asılı olaraq, bəzi yerlərdə 12 (6 gediş, 6 gəliş), digər yerlərdə isə 10-dur (5 gediş, 5 gəliş).