Cəbhədə atəşkəs yenə pozuldu

2 Dekabr 2014 09:59 (UTC+04:00)


Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen və Berkaber, Noyemberyan rayonunun Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı və Qaymaqlı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Cəvahirli, Mərzili, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd və Fizuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.


AzNews.az