Zarafat etdi, 89 min dollar cərimələndi

2 Dekabr 2014 10:46 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Fransanın "France-Presse" agentliyi yayıb.

Məlumatda deyilir ki, oktyabr ayının 22-də Mayami beynəlxalq aeroportunda 60 yaşlı Manuel Alvarado təhlükəsizlik xidmətinin əməkdaşıının suallarına cavab verərkən deyib ki, onun baqajında "C-4" partlayıcı maddə var.

Həmin an o, səhvini başa düşüb və təhlükəsizlik xidmətinin əməkdaşıına zarafat etdiyini bildirib. O isə bunu ciddi qəbul edib və bu haqda lazımi yerlərə xəbər verib.
Nəticədə bir neçə reys təxirə salınıb, aeroportda olan insanların isə əksəriyyəti bayıra çıxarılıb.



AzNews.az