Bağdadinin həyat yoldaşı və oğlu tutuldu

2 Dekabr 2014 11:25 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda Livanda nəşr edən Es-Səfir qəzeti yazıb.

Məlumata görə, Livanın hərbi kəşfiyyatı xarici kəşfiyyat orqanlarının əməkdaşları ilə birgə əməliyyat keçirərək Bağdadinin həyat yoldaşı və bir oğlunu sərhəd məntəqəsinin birində saxlayıb.

Tutulan şəxslər istintaq üçün paytaxt Beyrutun şərqindəki Müdafiə Nazirliyinin binasına aparılıb.


AzNews.az