Arda Turan “Ən yaxşı 11-lər”in siyahısına düşdü

2 Dekabr 2014 12:23 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı İspaniyanın ən çox oxunan idman qəzeti "Marca" yayıb.

La Liqada arxada qalan 13-cü həftənin ən yaxşı oyunçularının adları bəlli olub. "Həftənin 11"nə Arda Turan da daxil edilib.

Arda "Marca" qəzeti tərəfindən "Barcelona"lı Busquets və "Sevilya"lı Vitolo ilə birlikdə 13-cü həftənin ən yaxşı orta sahə oyunçuları arasında göstərilib.

Türkiyə millisinin futbolçusu bu mövsüm "Atletiko Madrid"in La Liqa və Çempionlar Liqasında oynadığı 16 matçda meydançaya çıxıb və 3 qola imza atıb.