11 yaşlı “İrlandiyalı Messi”dən xəbər var- VİDEO

2 Dekabr 2014 13:52 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı ingilis mediası yayıb.

Məlumatda deyilir ki, "Arsenal", "Mançester yunayted", "Mançester siti", "Tottenham" və "Çelsi" kimi böyük klubların heyətinə qatmaq istədiyi yeni ulduz Zak Gilsenan "Liverpul"u seçib.

Gilsenanın iki il əvvəl İspaniyada bir matçda atdığı 7 qoldan sonra kəşf edildiyi deyilir.

"İrlandiyalı Messi" adlandırılan gənc futbolçu "Barcelona"nın məşhur La Masia akademiyasına daxil olub. Gilsenan Avstraliyadan köçərək İngiltərənin "Tottenham" klubuna keçən zaman qəfildən fikrini dəyişib və o vaxt "Barcelona"nı seçib.

Kapitanlıq vəzifəsini də boynuna götürən hücumçu əsasən meydançada sağ mövqedə oynayır.

Gilsenan gələcəkdə İrlandiya, İngiltərə və Avstraliya milli komandalarından birini seçəcək.




AzNews.az