“3 dekabr – Beynəlxalq Əlillər günü” münasibəti ilə yarış keçirildi - Qaradağda

2 Dekabr 2014 16:11 (UTC+04:00)
birliyin uşaqları arasında stolüstü oyunlar (şahmat, dama, domino) üzrə yarışlar keçirilib.

AzNews.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov əlil insanlara göstərilən dövlət qayğısından, yaradılan şəraitdən və eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən irimiqyaslı xeyriyyə aksiyalarından danışıb. Bu cür tədbirlərin keçirilməsində əsas məqsədin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını təmin etməkdən, idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsindən ibarət olduğunu qeyd edib.

Birliyin sədri Validə Abbasova uşaqların, o cümlədən əlil uşaqların sosial məsələlərinin rayon rəhbərliyinin daim diqqət mərkəzində saxlanmasını, bu yönümdə görülən işləri iştirakçıların nəzərinə çatdırıb.

Tədbirin ikinci hissəsi əlil uşaqlar arasında yarışlarla davam etdirilib. Yarışlarda 25 nəfər iştirak edib.

Yarışın sonunda qaliblər Qaradağ rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və hədiyyələrlə mükafatlandırılıblar.