Bakıda 22 metrlik yolka qurulur

2 Dekabr 2014 16:29 (UTC+04:00)


AzNews.az buro247.az-a istinadən xəbər verir ki, "NARGIS" Nəşriyyat Evinin təşkilatçılığı ilə keçiriləcək "Soyuq Əllər, İsti Ürək: Qış Möcüzəsi" Yeni il Xeyriyyə Yarmarkasının açılışı dekabrın 3-ü saat 19:00-da baş tutacaq.

Paytaxt sakinlərini və qonaqları 1 ay müddətində cürbəcür hədiyyələr, maraqlı şou proqram, eləcə də qış rəmzi olan əşyaların satışı üçün yeni il bazarı gözləyir.

Fəvvarələr Meydanında konsert və tamaşa üçün səhnə də quraşdırılıb.