Azərbaycan Lənkəranda 11 cavabsız qola üzüldü

25 Sentyabr 2012 20:14 (UTC+04:00)
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı davam edir. Yığmamızın yer aldığı A qrupunda ilk matç Kanada və Kolumbiya arasında olub. İlk turda millimizi məğlub edən kolumbiyalılar bu dəfə özləri uduzub - 0:1.

Azərbaycan yığması isə ikinci məğlubiyyətini alıb. Bu dəfə qızlarımız Nigeriyaya 0:11 hesabı ilə yenilib. Oyun Lənkəranda keçirilib.

Maraqlıdır ki, bu oyun yeni rekordlara səhnə olub. Belə ki, nigeriyalı Çinvendu İhezuo dünya çempionatları tarixində penta-trik edən ilk futbolçu olub. Nigeriya yığması isə dünya çempionatları tarixində ən böyük hesablı qələbəni qazanıb.

B qrupunda isə KXDR Fransa ilə "sülh" bağlayıb. Öz növbəsində ABŞ yığması Qambiyaya futbol dərsi keçib.

A qrupu

Kolumbiya – Kanada 0:1
Klark, 51

AZƏRBAYCAN – Nigeriya 0:11

İhezuo, 5, 32, 37, 56, 71, Ayinde, 8, 24, Biahvo, 20, 74, Yakubu, 22, Bokiri, 68

B qrupu

Fransa – KXDR 1:1
Diani, 60 - Ri Un Sim, 59

ABŞ – Qambiya 6:0
Qrin, 25-p., 61, 71, Munerlin, 46, Stenton, 83, Peyn, 86

AzNews.az