PKK Türkiyədə daha bir terror aktı həyata keçirdi

25 Sentyabr 2012 21:58 (UTC+04:00)


Türkiyənin Tunceli vilayətində daha bir terror. Bu gün saat 18:00 radələrində Tuncelinin Atatürk məhəlləsində terror hadisəsi baş verib.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, partlayışı PKK terrorçular həyata keçirib. Polis maşınına yerləşdirilən partlayıcılar uzaqdan idarə edilən qurğu vasitəsi ilə işə salınıb.

Hadisə nəticəsində 7 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Partlayış zamanı yanğın başlayıb. Hadisə yerinə xilasedicilər və çoxlu sayda təcili tibbi yardım, təhlükəsizlik qüvvələri cəlb edilib.

Ədil
AzNews.az