Çinin mumiyası da “kitayski“ çıxdı- FOTOLAR
4 Dekabr 2014 12:04 (UTC+04:00)
AzNews.az xəbər verir ki, 300 il boyunca qorunan mumiyanın sahibinin Çinin son imperatorluğu zamanında yaşadığı deyilir.

London Universitetinin professoru Lukas Nikes mumiya haqqında bu sözləri deyib: "Tabutu ilk açdığımız zaman mumiyanın üzü ağ rəngdə idi.

Ancaq bir müddət sonra qaralmağa başladı. Sonra tamamilə çürüdü və iyləndi.

Əslində çinlilər heç vaxt ölülərini mumiyalamır. Çox güman ki, bu mumiya çinlilər üçün mühüm birisi olub. Mumiyanın kimə məxsus olduğunu araşdıracağıq".

Qeyd edək ki, arxeoloqlar həmin bölgədə tapılan digər 2 skeleti də araşdırmağa başlayıb.
Nərmin Məmmədli
AzNews.az